İkinci Qarabağ müharibəsinin sona çatmasına dair razılaşma şərtlərinə görə, Laçın rayonu dekabrın 1-dən Azərbaycanın nəzarətinə keçəcək, yalnız 5 km enində koridor Rusiya sülhməramlıları nəzarəti altında qalır.
Unikal.org xəbər verir ki, BBC-nin Laçından hazırladığı reportajda bildirilir ki, artıq erməni sakinlər şəhəri tərk edirlər.
“Müharibə zamanı on minlərlə insan şəhəri tərk edib”, - deyə məqalədə əlavə edilib. Hətta məqalədə şəhər “meri” Narek Aleksanyanın atasının qaçdığı da bildirilir. Kadrlarda onun əşyalarının maşına yığılması əks olunub.