Azərbaycanın Milli qəhrəmanı, polkovnik-leytenant Məhəmməd Həsənov dünyasını dəyişib.

Unikal.org xəbər verir ki, noyabrın 9-da 1959-cu il təvəllüdlü Məhəmməd Həsənov Goranboy rayonunun Qızılhacılı qəsəbəsi ərazisində qəzaya düşmüşdü. Milli Qəhrəman süni tənəffüs aparatına qoşulsa da onun həyatını xilas etmək mümkün olmayıb.

Xatırladaq ki, Məhəmməd Həsənov Birinci Qarabağ Müharibəsində özünün yaratdığı könüllülərdən ibarət Goranboy Birinci Özünümüdafiə taborunun komandiri olub. Bu tabor M.Həsənovun rəhbərliyi ilə Goranboyun kəndlərini işğaldan qoruyub və Şaumyan kəndini, Ağdərənin bir neçə kəndini işğaldan azad edib.