Gənclər və İdman Nazirliyinin “Facebook” səhifəsi doğrultma nişanı (Verification Badge) alıb.
Unikal.org xəbər verir ki, bu nişanın verilməsi ilə nazirliyin səhifəsinin “Facebook” administrasiyası tərəfindən rəsmi tanınması deməkdir.
Bununla da Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi, Xarici İşlər Nazirliyi, Müdafiə Sənayesi Nazirliyi, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Təhsil Nazirliyi, Diasporla İş üzrə Dövlət Komitəsi, Dövlət Təhlükəsizliyi Xidmətindən sonra rəsmi tanınma nişanını Gənclər və İdman Nazirliyi alıb.
Ümumiyyətlə, səhifədə və ya hər hansı bir profildə mavi rəngdə nişan varsa, bu o deməkdir ki, həmin səhifə ictimai şəxs, media qurumu, ya da hər hansı bir məhsulun rəsmi səhifəsidir.
Mavi nişanla qeyd edilən bütün səhifələr həmin quruma və ya şəxsə məxsus olduğunu təsdiq edir.
Onu da qeyd edək ki, təxminən üç aya yaxındır ki, “Facebook” Azərbaycanda bu nişanın verilməsini dayandırmışdı.