Azərbaycanda 2020-2021-ci illərin payız-qış istilik mövsümü çərçivəsində istehlakçıların istiliklə təmin edilməsi noyabrın 15-dən başlanılıb. Lakin bəzi istilik qazanxanalarının işində yaranan texniki problemlərlə əlaqədar istehlakçıları tam şəkildə istiliklə təchiz etmək yalnız bu gün mümkün olub.

Unikal.org xəbər verir ki, bunu  "Azəristiliktəchizat" ASC-nin mətbuat xidmətinin rəhbəri Rafiq Əliyev deyib.

O bildirib ki, noyabrın 15-dən Azərbaycanda, o cümlədən Bakı şəhərində istiliyin verilməsinə başlanılıb: "Bəzi istilik qazanxanalarının işində yaranan texniki problemlər istehlakçıları tam şəkildə istiliklə təchiz etməyə imkan verməyib. Lakin problem artıq aradan qaldırılıb və bu gündən etibarən istehlakçılar tam olaraq istiliklə təmin olunacaq".