Erməni hərbçiləri tərəfindən əsir götürülən iki azərbaycanlı gənclər - Amin Musayev və Bayram Kərimov sağdırlar və hazırda Yeravanda hərbi hospitaldadırlar.

Unikal.org xəbər verir ki, Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) nümayəndələri onlarla görüş keçirib.

Onların geri qaytarılması üçün dialoqlar davam etdirilir.

Xatırladaq ki, A.Musayev və B.Kərimovun döyüşlərdən sonra ukraynalı jurnalist Aleksandr Xarçenko və erməni əsgərlər tərəfindən ilkin tibbi yardım göstərildiyini əks etdirən videolar yayılıb. Bunun ardınca isə onlardan birinə maşının içərisində zorakı davranıldığını göstərən video da yayılıb.