Ermənistanın müdafiə nazirinin müavini Makar Qambaryanın istefa ərizəsi yazdığı deyilir.
Unikal.org xəbər verir ki, nazirlikdəki mənbə bunu Ermənistan KİV-ə təsdiqləyib.
Qeyd edək ki, Qarabağla bağlı 10 noyabrda imzalanmış üçtərəfli bəyanatdan sonra Ermənistanda xeyli yüksək çinli məmur istefa verib və ya işdən çıxarılıb. Proses davam etməkdədir.