Rusiya paytaxtında koronavirusa yoluxmuş və digər xəstəliklərin də aşkar olunduğu daha 74 nəfər dünyasını dəyişib.

Unikal.org “TASS”-a istinadən xəbər verir ki, bu barədə Operativ Qərargah məlumat yayıb.

Bununla da paytaxtda eyni diaqnozdan ölənlərin sayı 9277-yə çatıb.

Qeyd edək ki, Moskvada indiyədək 632 057 insanda koronavirus aşkar olunub, onlardan 6868 nəfəri son sutka ərzində yoluxub. Daha 478 724 xəstə isə müalicə olunaraq sağalıb.