Əməkdar artist Tünzalə Əliyeva xərşəng xəstəliyindən sağalıb.
Unikal.org xəbər verir ki, o bu haqda sosial şəbəkədə yazıb. "Toppuş bacı" ləqəbli aktrisa bildirib ki, analizlərinin cavabı yaxşı olub və xərçəng xəstəliyinə qalib gəlib:
"Mənə gözəl sözlər, dualar yazırdınız. Dualarınız qəbul oldu, iki gün əvvəl aldığım analiz cavablarına görə törəmə və metastaz yoxdur. Bu, o deməkdir ki, mən xərçəngdən xilas oldum. Mənə təmənnasız qayğı göstərdiklərinə görə Milli Onkologiya Mərkəzinə təşəkkür edirəm. Məni sağlam ailəmə qaytardılar".