Türkiyəli aktrisa Hülya Koçyiğit maraqlı açıqlamaları ilə diqqət çəkib.
Unikal.org türk mətbuatına istinadən xəbər verir ki, aktrisa illərdir səhnədə olmasına baxmayaraq, hələ də teatrda və çəkiliş meydanında ilk günkü qədər həyəcanlandığını bildirib:
“Səhnədə tamaşaçıları gördüyüm an hər şeyi unuduram. Lakin çıxana qədər həyəcandan əlim əsir”.
O, uşaqikən bir operanı izlədikdən sonra aktrisa olmaq qərarına gəlib:
”O, operanı izlədikdən sonra aktrisa olmaq istədim. Məhəlləmizdəki uşaqları çağırıb anamın tikdiyi pərdələrlə oyun oynayırdıq .Onlara müəyyən rollar verirdim. Sonra o pərdələri büküb yerinə qoyurdum. Belə etdiyimə görə anam məni döyürdü”.