Donald Trampın ABŞ-ın yeni prezidenti Co Baydenin andiçmə mərasimində iştirak etməyəcəyi deyilir.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, 20 yanvar 2021-ci ildə baş tutacaq andiçmə zamanı Tramp Ağ Evi tərk edərək helikopterlə Floridaya gedəcək.

Baydeni Ağ Evdə qarşılamaq istəməyən Tramp paytaxt Vaşinqtondakı bütün rəsmi tədbirlərə qatılmaqdan imtina edib Floridada tərəfdarları qarşısında çıxış edəcək. Onun bu yolla keçirdiyi mitinqlə Vaşinqtondakı protokol tədbirlərindən daha izdihamlı tədbir keçirdiyi görüntüsü yaratmaq istədiyi bildirilir.

Ağ Evdən məlumatı təsdiq və ya təkzib edən olmayıb.