Dünyanı alt-üst edən koronavirus pandemiyası tibbi maskaları həyatımızın tərkib hissəsinə çevirib. Lakin adi tibbi maskalar bir çoxları üçün kabusa dönüb. Makiyajı korlamaqdan və gigiyenik olmamaqdan əlavə, parça maskalar insanlarda nəfəs darlığı yaradır. Mənəvi cəhətdən də insan özünü təcrid olunmuş və depressiyada hiss edir.
Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, məhz bu problemləri nəzərə alaraq, peşəkar dizaynerlər yeni nəsil "Cleanshield" maskalarını yaradıblar.
Onların bir neçə digər üstünlükləri də var:
1. Maskaların hazırlandığı material tərləmənin qarşısını alır. Artıq eynəkləriniz də tərləməyəcək.
2. Ağıza havadan birbaşa damcıların düşməsinin qarşısını alaraq tam qorunma təmin edir.
3. Ekoloji təmiz və təhlükəsizdir, bir neçə dəfə istifadə oluna bilər.
4. Tez və rahat təmizlənir. Sabun və su ilə, yaxud qabyuyan maşında yuyula bilər, antibakterial salfet və spreylərlə təmizlənə bilər.
5. Parça maskalardan fərqli olaraq, bir neçə saniyəyə quruyur.
6. Yüngül və rahatdır, iz qoymur.
7. Ventilyasiya sayəsində daha rahat nəfəs almağı təmin edir.
8. Üz mimikalarını gizlətmədiyi üçün daha rahat ünsiyyət qurmağa imkan yaradır.
9. 98% istifadəçilər tərəfindən bəyənilərək trendə çevrilib.
Hazırda bu maskaların qiyməti 44.80 dollardan 22.90 dollara enib.