İran xaricdən COVID-19-a qarşı vaksin ala bilmir.
Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə İran Mərkəzi Bankının Direktoru Abdulnasir Himməti məlumat verib. A.Himməti bunun səbəbinin ABŞ-ın sanksiyaları olduğunu bəyan edib.
İranın dünyanın əsas valyuta dövriyyəsi gerçəkləşdirilən beynəlxalq mübadilə sistemlərindən kənarlaşdırılması bu ölkənin vaksin idxalına əngəl törədib. Mərkəzi bankın direktorunun sözlərinə görə, bütün ödəmə yollarını və valyuta transferi şəbəkələrini yoxlasalar da, istehsalçılara vaksinlərə görə ödəniş etməyə müvəffəq olmayıblar. Beləliklə, İran hələ xarici ölkələrdən koronavirusa qarşı vaksin ala bilməyib.