Xəbər verdiyimiz kimi, bir müddət öncə aşıq Namiq Fərhadoğlu (Namiq Hüseynov) barədə qalmaqallı şikayət gündəmə damğasını vurmuşdu. Oktyabrın 30-da N.Hüseynov barəsində Nərimanov RPİ-nin 18-ci Polis Şöbəsinə şikayət ərizəsi daxil olub. Müraciətdə vətəndaş sosial şəbəkə vasitəsilə tanış olduğu şəxsin ona etik olmayan təkliflər etməsini və onun tələblərinə əməl etməyəcəyi təqdirdə hədə-qorxu gəlməsini vurğulayıb.Bundan əlavə qeyd edək ki, sosial şəbəkələrdə onun barəsində mənfi rəy formalaşmaqdadır.
Unikal.org xəbər verir ki, aşıq Namiq onun haqqında deyilənlərə münasibət bildirib, həmçinin qalmaqala səbəb olan "təklifdən" də danışıb:
"Gəncədə baş verən terror hadisələrində mənim 9 qohumum şəhid oldu. Mən bununla bağlı Gəncəyə getdim, gecə saatlarında Bakıya qayıtdım. Həmin vaxt da şərəfsiz ermənilər məni polkovnik kimi təqdim edərək öldürdüklərini yazmışdılar. Həmin gün səhər 7-nin yarısında tanımadığım xanım mənə zəng edib "eşitdim ölmüsən" deyə bildirdi. Mən əsəbləşdim. Dedim siz kimsiniz? Dedi şəklimi görsən tanıyarsan. Mənə "WhatsAppa" şəklini göndərdi. Dedim tanımıram. Sonra həmin xanım mənimlə restoranda görüşmək istədi, imtina etdim. Dedim şəhidlərimiz var, bu düzgün deyil, məni görmək istəyirsənsə dərs vaxtı ofisə gələ bilərsən. Lakin xanım gəlmədi. Səhəri gün yenə zəng vurub məni narahat etdi. Xanım dedi: səndən şikayət edəcəm. Nərimanov 18-ci polis bölməsinə müraciət etdi. Polis işçiləri Dədə Qorqud parkında gəzdiyim vaxt gəlib məni bölməyə apatmaq istədiklərini dedilər və bildirdilər ki, sən polisə tabe olmamısan. İş məhkəməyə getdi. Kameraya görüntülərinə baxış keçirildi. Şikayət sübuta yetmədi. Nərimanov məhkəməsinin hakimi Tural Ələkbərov işin rədd edilməsi barədə qərar çıxardı. Haqq-ədalət öz yerini tapdı. Allah hər birimizi qadın şərindən qorusun! Mən hər zaman öz düzgümlüyümlə qalib gəlmişəm".