Ermənistanın paytaxtı Yerevanda metro fəaliyyətini dayandırıb.

Unikal.org Ermənistan KİV-ə istinadən xəbər verir ki, Yerevan metropoliteni metronun bağlandığını açıqlayıb.

Səbəb kimi etirazçıların metronun qrafikini iflic vəziyyətinə salması göstərilib. Belə ki, "Qortsaranin" metrostansiyasında etirazçıların maşınisti zorla sükan arxasından endirdiyi və qatarın hərəkətinə imkan verilmədiyi bildirilir.

Müxalifət isə metronun bağlanmasının insanların etiraz aksiyası təyin olunan yerlərə gəlməsini əngəlləmək üçün atılan addım sayır.