Avropada koronavirusa yoluxma hallarının sayı 20 milyon nəfəri ötüb.

Unikal.org xəbər verir  ki, bu barədə Avropa ölkələrinin hakimiyyət orqanları tərəfindən verilən rəsmi məlumatlar əsasında hesablama aparan "France-Presse" agentliyi bildirib.

Pandemiyanın başlanğıcından bəri dünyada təxminən 67,6 milyon insan koronavirusa yoluxub, 1,5 milyondan çoxu ölüb.