Böyük Britaniyada koronavirusa qarşı "Pfizer" vaksinləri ilə bağlı əhaliyə xəbərdarlıq olunub.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, bu vaksinlərin allergik yan təsirləri ortaya çıxıb. Vaksin tətbiq olunan bir neçə həssas insanda allergik gərginləşmə yaşanıb. Bundan sonra rəsmi qurumlar həssas şəxslərə bu vaksinlərdən istifadə etməməyi tövsiyə edib.

Qeyd edək ki, Böyük Britaniyada əhalinin kütləvi vaksinasiyası prosedurları başladılıb.