Dünyada kriptovalyuta sahəsində cinayətkarlıq faktları artıb.
Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, Latın Amerikasının kriminal kartelləri bu sahədə xüsusi fərqlənir. İnformasiya texnologiyaları və birjalar sahəsində bilgili şəxslər tərəfindən yeni kibercinayətkarlıq fəndləri inkişaf etdirilib. Bitkoinlərin mənimsənilməsi ilə bağlı milyonlarla yeni cinayət faktları qeydə alınıb.
Mütəxəssislər hesab edir ki, bu, insanların elektron valyutaya inamını azaldır və bu sahənin inkişafını ləngidir. Çıxış yolunun kibertəhlükəsizlik tədbirlərinin gücləndirilməsi və müvafiq qanunvericiliyin sərtləşdirilməsi olduğu bildirilir.