Ermənistanın paytaxtı Yerevanda növbəti etiraz aksiyası keçirilib.

Unikal.org Ermənistan KİV-ə istinadən xəbər verir ki, etirazçılar ənənəvi olaraq baş nazir Nikol Paşinyanın istefasını tələb ediblər.

Ermənistan Milli Təhlükəsizlik Xidmətinin keçmiş rəhbəri, hazırda müxalif Vətən Partiyasının sədri olan Artur Vanesyan da aksiyada olub. O çıxış edərək mitinqçilərə yeni şüar təklif edib.

"Bundan sonra yeni şüarla aksiyalar keçirməyə davam edək. Təklif edirəm ki, şüarımız "Nikolsuz Yeni il!" olsun", - deyə bəyan edən A.Vanesyan aksiyaçıları Paşinyanın istefa verəcəyi ana qədər etirazları davam etdirməyə çağırıb.