Türkiyədə yeni növ koronavirusdan (COVID-19) gündəlik ölümlə bağlı ən yüksək göstərici qeydə alınıb, son sutka ərzində 217 əfər ölüb.
Unikal.org xəbər verir ki, bunu Türkiyənin Səhiyyə naziri Fəxrəddin Qoca nazirliyin nəzdində yaradılan Elm Qurumunun toplantısından sonra jurnalistlərin sualların açıqlayarkən bildirib.
Nazir qeyd edib ki, son 24 saatda 204 411 nəfər koronavirus testindən keçib, 6213 xəstənin testi pozitiv çıxıb, ümumilikdə isə simptomları müəyyən edilməyənlərlə birlikdə 31712 nəfər COVID-19 xəstəsi olaraq qeydiyyata alınıb.
Ağır xəstə sayı 5901 olub.
Qeyd edək ki, Türkiyədə indiyədək 558 517 nəfər COVID-19 infeksiyasına yoluxub, onlardan 15531 nəfəri ölüb.