ATƏT Parlament Assambleyasının Cənubi Qafqaz üzrə yeni xüsusi nümayəndəsinin kimliyi açıqlanıb.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, yeni nümayəndə Ditmir Buşat olub. D.Buşat Albaniyanın keçmiş xarici işlər naziridir.

Onun əsas vəzifəsi ATƏT-in fəaliyyətdə olan sədri, Minsk qrupu və onun həmsədrləri ilə kordinasiyalı şəkildə Cənubi Qafqazla bağlı ümumi fəaliyyətini qurmaqdır. Həmçinin onun mandatına Mərkəzi Asiya və Şərqi Avropada baş verən hadisələri və siyasi prosesləri izləmək də daxildir.