Fransa Milli İnformasiya Azadlığı Komissiyası (CNIL) “cookie” reklam fayllarından qanunsuz istifadə etdikləri üçün Google LLC və Google İreland LTd şirkətlərini bütövlükdə 100 milyon avro, Amazon Europe Core şirkətini isə 35 milyon avro məbləğində cərimələyib.
Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, CNİL-in verdiyi açıqlamaya görə, 7 dekabr tarixli qərar müvafiq olaraq google.fr və amazon.fr saytlarına daxil olan istifadəçilərin kompüterlərinə onlardan xəbərsiz, müvafiq icazə almadan cookie-lər yerləşdirildiyinə görə çıxarılıb.
Qeyd edək ki, server tərəfindən göndərilərək istifadəçi kompüterinin brauzerində saxlanılan cookie saytlara istifadəçiləri tanıyaraq hərəkətlərini yaddaşa vermək imkanı yaradır.