Qazaxıstanda ötən sutka ərzində yeni növ koronavirusa (COVİD-19) 789 yoluxma halı qeydə alınıb.

Unikal.org-un məlumatına görə, bu barədə ölkənin Səhiyyə Nazirliyindən bildiriblər.

Məlumata əsasən, ölkədə koronavirusa yoluxanların ümumi sayı 140 784 nəfərə çatıb.

Bildirilir ki, hazırkı dövrədək koronavirusa yoluxanlardan 124 729nəfəri sağalıb, 2 088 nəfəri isə vəfat edib.