Liviyanın müdafiə naziri Səlahəddin Ən-Nəmruş Fransanın ölkəsindəki gərgin vəziyyətdə oynadığı mənfi roldan danışıb.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, jurnalistlərə müsahibə verən nazir Fransanın Liviyadakı destruktiv fəaliyyətini kəskin tənqid edib.

"Fransanın Həftəri dəstəkləməsi utancvericidir. Həftəri qəbul etmək mümkün deyil. Çünki o bir müharibə cinayətkarıdır, yeri həbsxanadır. Onun insanlıq əleyhinə yönəlmiş hərbi cinayətlərinin izlərini nəzarətində olduğu bölgələr azad edildikdən sonra bir daha gördük. Bu ərazilərdə yeni kütləvi məzarlıqlar ortaya çıxdı. Fransa bax belə birini dəstəkləyir. Üstəlik illərlə", - deyə ərəb hərbçi əlavə edib.

Qeyd edək ki, Liviyada üsyançı general Xəlifə Həftər qiyam qaldırdıqdan sonra BMT tərəfindən tanınmış Milli Razılaşma Hökumətini dünyanın əksər ölkələri dəstəkləsə də, aralarında Fransanın da olduğu bəzi xarici dövlətlər Həftəri rəsmi tərəf kimi tanımağa başlayıb.