“Ümid edirik ki, Türkmənistan ən qısa zamanda Türk Şurasına daxil olacaq”.
Unikal.org xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türkmənistanın “neytral ölkə” statusunu əldə etməsinin 25 ildönümünə həsr edilən konfransa göndərdiyi videomesajında bildirib.
“Türkmənistanın Əfqanıstanda davamlı sülhə nail olunmasındakı rolundan və “Asiyanın Qəlbi” – İstanbul Prosesinə verdiyi töhfələrdən böyük məmnuniyyət duyuruq. Türkmənistanın həm Mərkəzi Asiya ölkələri arasındakı əməkdaşlığını, həm də bu bölgə xaricində dövlət və beynəlxalq təşkilatlarla apardığı dialoqlarda aktiv iştirakını təqdir edirik”, - dövlət başçısı vurğulayıb.