Nigeriyanın şimal-qərbindəki Katsina ştatının Kankara şəhərində yerləşən orta məktəbə ötən gün axşam hücum edən silahlı şəxslər bir çox şagirdi yatdıqları yerdən qaçırdıblar.
Unikal.org xəbər verir ki, xeyli sayda olan quldurlar motosikletlərlə gələrək ətrafa güllə yağdırmağa başlayıb, sonra da hosteldə yatan bir çox şagirdi qaçırıblar.
Hadisədən ertəsi gün qalan şagirdlərin məktəbi tərk etdikləri bildirilir.
Qeyd edək ki, ölkə Prezidenti Məhəmmədu Buhari Katsina ştatına səfər etmişdi.