Türkiyədə yeni növ koronavirusdan (COVID-19) son sutka ərzində 222 nəfər ölüb.
Unikal.org xəbər verir ki, bu barədə Türkiyənin səhiyyə naziri Fahrettin Koca bildirib. Nazirin sözlərinə görə, son 24 saatda koronavirus testindən 189 065 nəfər keçib, simptomları müəyyən edilməyənlərlə birlikdə 29 136 nəfər COVID-19 xəstəsi olaraq qeydiyyata alınıb.
Ağır xəstə sayı 5961 olub.