Fransanın paytaxtı Paris şəhərində “Qlobal təhlükəsizlik haqqında” qanundan narazı olan şəxslərin keçirdiyi etiraz aksiyalarında hüquq-mühafizə orqanları tərəfindən 107 nümayişçi saxlanılıb.

Unikal.org xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyi məlumat yayıb.

Artıq dördüncü şənbədir keçirilən aksiyalarda təhlükəsizlik qüvvələri nümayişçilərə qarşı güc tətbiq edir.

Qeyd edək ki, Fransa vətəndaşları “Qlobal təhlükəsizlik haqqında” qanun layihəsinin 24-cü maddəsinə etiraz edirlər.

24-cü maddəyə görə, əməliyyat zamanı polis və ya jandarmın kimliyini müəyyənləşdirilməyə kömək edəcək üz və ya bədənin digər hissələrinin şəklinin yayılması qarşılığında cərimə və ya bir il müddətinə həbs cəzası nəzərdə tutulur.