İranda hökumət əleyhinə yayımlar edən və korrupsiyada günahlandırılan “Amad News” saytının direktoru Ruhollah Zam edam edilib.
Bu barədə Unikal.org DHA-ya istinadən xəbər verir.
Bildirilir ki, bir neçə gün əvvəl İran Ali Məhkəməsi tərəfindən edam cəzası təsdiqlənən Zamın bu gün səhər edam edildiyi açıqlanıb.
O, İslam İnqilabı Keşikçiləri Korpusu (IRGC) Kəşfiyyat Xidməti tərəfindən 2019-cu ildə nəzarətə alınmışdı.