“İranlı Ancelina Coli” kimi tanınan Səhər Tabar 10 il həbs cəzası alıb.
Unikal.org xəbər verir ki, bu barədə İran mətbuatı məlumat yayıb.
Tabarın zorakılığa təhriketmə, uyğun olmayan yollarla gəlir əldə etmə və gəncləri korrupsiyaya meyilləndirmədə günahlandırıldığı bildirilib.
İranlı jurnalist Məsih Əlinicat sosial media hesabında Tabarın 10 il həbs cəzasına məhkum olduğunu elan edib və sərbəst buraxılması üçün ərizə kampaniyası başladığını deyib.