Türkiyə Silahlı Qüvvələri son bir ay ərzində ölkə ərazisində və xaricində terrorçulara qarşı 33 əməliyyat keçirib. Əməliyyatlar nəticəsində 68 terrorçu məhv edilib.
Unikal.org xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyinin rmətbuat xidmətinin rəhbəri Nadide Şebnem Aktop deyib.
Onun sözlərinə görə, Türkiyə Silahlı Qüvvələri terrorizmin bütün təzahürlərinə, o cümlədən PPK və İŞİD terror qruplaşmalarına qarşı qətiyyətlə mübarizə aparmağa davam edir:
"Son bir ay ərzində 9 böyük miqyaslı və 24 orta miqyaslı əməliyyat həyata keçirilib. Ümumilkdə 33 əməliyyat həyata keçirilib".