İlin sonuncu Günəş tutulması hadisəsi başlayıb.

Unikal.org xəbər verir ki, bu, tam Günəş tutulması olan təbii hadisə saat 22:53-də sona çatacaq.

Tutulmanın maksimumu saat 20:15-də olacaq. Tutulma hadisəsi 5 saat 19 dəqiqə davam edəcək.

Təbii hadisə Cənubi Amerikanın orta və cənub hissələrində, Atlantik və Sakit okenda və Antarktidada müşahidə olunacaq. Tam tutulma isə Sakit və Atlantik okeanların cənubunda, Çili və Argentinada müşahidə ediləcək.