Ukrayna və Türkiyə arasnda yeni hərbi müqavilələr imzalanıb.

Unikal.org Türkiyə KİV-ə istinadən xəbər verir ki, bu müqavilələr Vladimir Zelenski və Rəcəb Tayyib Ərdoğan arasında bir müddət əvvəl imzalanmış hərbi əməkdaşlıq müqaviləsinin davamıdır.

Belə ki, Ukrayna Türkiyədən dron və PUA-lar alacaq. Türkiyə Müdafiə Sənayesi Başqanlığının rəhbəri İsmayıl Demir və Ukrayna müdafiə naziri Andrey Taran arasında imzalanmış anlaşmalarla Ukraynanın Qara dəniz və Azov dənizi akvatoriyasında Türkiyə istehsalı hərbi cihazlarla müdafiə olunacağı bildirilir.

Türkiyə və Ukrayna arasında hərbi əməkdaşlığın daha da dərinləşdiriləcəyi bildirilib.