Əfqanıstanın paytaxtı Kabil şəhərində partlayış baş verib.
Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, partlayış nəticəsində Kabil valisinin müavini və katibi də həyatını itirib.
Bomba valiliyin xidməti avtomobilinə əvvəlcədən yerləşdirilib və hərəkətdə olan zaman partladılıb. Partlayış nəticəsində şəhər valiliyinin daha 2 əməkdaşı da xəsarət alıb.
Heç bir qruplaşma hələlik məsuliyyəti öz üzərinə götürməyib. Araşdırmalar davam edir.