Gürcüstanda ötən sutkada koronavirusa 3 837 yeni yoluxma halı təsdiqlənib, 3 105 nəfər müalicə olunaraq sağalıb, 44 pasiyent isə vəfat edib.
Unikal.org xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin xüsusi rəsmi saytında bildirilib.
Hazırkı dövrədək qonşu ölkə üzrə COVID-19-a 194 900 yoluxma faktı qeydə alınıb. Yoluxan şəxslərin 164 786-sı sağalıb, 1 883-ü isə dünyasını dəyişib.
Karantin zonalarında 969, stasionar nəzarətdə 6 710 nəfər saxlanılır. 2 734 nəfər isə xüsusi otellərdə müalicə olunur.