İranda son sutka ərzində yeni növ koronavirusdan (COVID-19) 232 nəfər vəfat edib.

Unikal.org-un məlumatına görə, bu barədə İran Səhiyyə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, İrandan koronavirusdan ölənlərin sayı 52670 nəfərə çatıb.

İranda son sutka ərzində koronavirusa 7704 yoluxma halı qeydə alınıb və indiyə kimi COVID-19-a yoluxanların ümumi sayı 1123474 nəfərə çatıb.

İndiyədək xəstəlikdən 833276  nəfər sağalıb.

Hazırda virus daşıyıcısı olan xəstələrdən 5704 nəfərin vəziyyəti ağır və ya orta ağırdır.