Moldovanın paytaxtında etirazlar yenidən başlayıb.
Unikal.org Moldova KİV-ə istinadən xəbər verir ki, etirazçılar paytaxt Kişinyovda parlament binasının önünə toplaşıb. Dünən kənd təsərrüfatı sahəsində çalışanların aksiyasının sıraları bu gün daha da genişlənib. Bugünkü aksiyada müxtəlif peşə sahibləri də aksiyaya qoşulub və etirazlar ümumxalq xarakteri almağa başlayıb. Əsas tələb vergilərin miqdarının azaldılmasıdır.
Polislər parlamentin binasını mühafizəyə götürüblər. Parlamentin giriş-çıxışları mikroavtobuslarla bağlanıb. Aksiyalar davam etməkdədir.