Ermənistanda etiraz aksiyaları davam edir.
Unikal.org xəbər verir ki, Qafan rayonu ərazisində bir qrup etirazçı yolu bağlayıb. Onların arasından hətta təcili yardım maşınları keçə bilməyib. Aksiyaçılar yolda hərəkət etmək istəyən maşınlara atəş açıblar.
Hazırda ümumən Ermənistan ərazisində bu kimi etiraz aksiyaları səngimir.