Füzuli rayonunun Əhmədbəyli kəndində ümumi sahəsi 242 m² olan ikimərtəbəli evin yanar konstruksiyaları və ev əşyaları 85 m² sahədə yanıb.

FHN-dən Unikal.org-a bildirilib ki, evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.