Koronavirusa yoluxub sağalanlar vaksinasiya prosesindən keçməyə də bilər.
Unikal.org Türkiyə KİV-ə istinadən xəbər verir ki, bu barədə türk alimlərin araşdırmasında qeyd olunur.
Belə ki, vaksinin hazırlanması zərərsiz miqdarda ölü virus antikorlarının bədənə yeridilərək onlara qarşı immunitet müqaviməti formalaşdırmağa əsaslanır. Xəstəliyi keçirib sağalan insanların bədənində artıq virus antikorları mövcud olur. Buna görə də onların vaksin olunması o qədər də vacib deyil. Bununla belə bu, onların bir daha virusa yoluxmayacaqları mənasına gəlmir. Maska taxmaq, sosial məsafə saxlamaq və digər tədbirlərlə özlərini qorumağa davam etməlidirlər.