Amerikanın "Top Beauty World” saytı 2020-ci ilin “100 ən gözəl qadın” başlığı ilə sorğu keçirib.

Unikal.org xəbər verir ki, türkiyəli aktrisa Hande Erçel dünya ulduzlarını geridə qoyaraq ilk sırada yer alıb.

Aktrisa Tuba Büyüküstün 20-ci, Fahriye Evcen 45-ci, Demet Özdemir 75-ci, Elçin Sanqu 83-cü, Neslihan Atagül isə 89-cu yerdə qərarlaşıb.

Qeyd edək ki, Hande Erçel sentyabrda da aparılan sorğuda birinci olmuşdu.