“Uyanış Selçuklu” serialında rol alan Hatice Şendil və Bergüzar Korel xeyirxah addım atıblar.
Unikal.org Türkiyə KİV-nə istinadən xəbər verir ki, onlar sosial media hesablarında canlı yayım açaraq fiziki məhdudiyyətli Poyraz Ali üçün ianə toplayıblar.
Yayıma bir çox tanınmış sima da qatılıb. Onlar arasında Fahriye Evcen, Aslı Enver, Kerem Bürsin və başqaları da yer alıb. Dominikan Respublikasından canlı yayıma qoşulan produser Acun Ilıcalı 250 min lirə (təxminən 55 min manat ) məbləğində yardım edib. Ümumilikdə isə 3 milyon lirə (təxminən 661 min 500 manat) ianə toplanıb.