Koronavirus infeksiyasına görə onlayn keçirilən "Türkvizyon" mahnı müsabiqəsinin qalibi məlum olub.
Unikal.org xəbər verir ki, yarışmada birinci ukraynalı Qaqauz türkü Nataliya Papazoğlu olub. O, yarışmada "Tikanlı yol" mahnısını oxuyub. Onun ifası 226 səs toplayıb.
Müsabiqədə ikinci yerə Rusiya (Saxa Yakutiya), üçüncü isə Bosniya və Herseqovina layiq görülüb. Azərbaycan 193 balla 5, Türkiyə isə 12-ci yeri tutub. Qalibləri də 26 nəfərdən ibarət münsiflər heyəti müəyyənləşdirib. Müsabiqə 20-dək telekanal vasitəsilə canlı yayımlanıb.
Qeyd edək ki, gələn il müsabiqə Azərbaycanın Şuşa şəhərində keçiriləcək.