Rusiya ordusunda koronavirus infeksiyasına yoluxma halları artıb.
Unikal.org xəbər verir ki, bu barədə Rusiyanın Müdafiə naziri Sergey Şoyqu bildirib.
Nazir, həmçinin qeyd edib ki, orduda hər 100 min nəfərə yoluxma göstəricisi ümumi yoluxanlarla müqayisədə 37% azdır. Onun sözlərinə görə, bu nəticəyə test sayının artırıması hesabına nail olunub.