Moskvada son sutka ərzində koronavirusdan 71 nəfər dünyasını dəyişib.
Unikal.org RİA Novostiy-ə istinadən xəbər verir ki, bu barədə paytaxtda yaradılmış Operativ Qərargah məlumat yayıb.
Bununla da Rusiya paytaxtında yeni növ virusdan ölənlərin sayı 10 540 nəfərə çatıb.
Qeyd edək ki, ötən gün Moskvada ölüm sayı 75 olub.