Mərhum türkiyəli modelyer Nur Yerlitaşın geyimləri satışa çıxarılacaq.
Unikal.org Türkiyə KİV-ə istinadən xəbər verir ki, modelyerin 100 ədəd geyim və aksesuarları SMA (spinomuskular atrofiya) xəstəsi olan Eylül üçün bu axşam İnstaqramda xərraca çıxarılacaq.
Bununla yanaşı Sibel Can, Serenay Sarıkaya, Hande Erçelin də libasları satılacaq. Canlı yayımda Hande Yener, Gülben Ərgən, Hakan Akkaya, Qonca Vuslateri də iştirak edəcək.