"Dünya gözəli" müsabiqəsinin ilk argentinalı qalibi olmuş Norma Kappalyini avtobus vurub. O, komaya düşdükdən bir neçə gün sonra dünyasını dəyişib.
Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, 81 yaşlı qadın mağazaya gedərkən qəzaya düşüb. O, ağır vəziyyətdə xəstəxanaya aparılıb. Lakin həkimlərin səyinə baxmayaraq, beş gün sonra dünyasını dəyişib.
Qeyd edək ki, Norma Qleydis Kappalyi 1960-cı ildə 21 yaşında olarkən "Dünya gözəli" müsabiqəsinin qalibi olub.