İnternet ensiklopediyası Vikipediya  2020-ci ildə platformada ən çox oxunan mövzuları açıqlayıb.

Unikal.org xəbər verir ki, axtarış sırasında koronavirus pandemiyası birinci yeri tutub. Demokrat Partiyasından qələbə ilə ayrılan Co Bayden və müavini Kəmalə Harris, həmçinin 2020-ci ildə vəfat edən Kobe Bryant da siyahıda yer tutub. 

Vikipediyada ən çox oxunan 10 ad və tıklama dərəcələri aşağıdakı kimidir:
  
Covid-19 Pandemiyası: 83 milyon 504 min
  
Donald Tramp: 55 milyon 472 min
  
2020-ci ildə ölümlər: 42 milyon 262 min 147
  
Kəmalə Harris: 38 milyon 319 min 706
  
Co Bayden: 34 milyon 281 min 120
  
Koronavirus: 32 milyon 957 min 565
  
Kobe Bryant: 32 milyon 863 min 656
  
COVID-19 pandemiyası ölkələr və bölgələr üzrə: 28 milyon 575 min 982
  
2020-ci ildə ABŞ prezident seçkiləri: 24 milyon 313 min 110
  
Kraliça II Yelizaveta: 24 milyon 147 min 675