PKK terror təşkilatı Suriyanın şimalında terror aktı törədib.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, hadisə Azez bölgəsində baş verib. Dükanın önünə qurulmuş bomba mexanizmi partladılıb. Nəticədə böyük dağıntı əmələ gəlib. 2 nəfərin həyatını itirdiyi, 2 nəfərin isə yaralandığı bildirilir.

Təhlükəsizlik orqanlarının ilkin araşdırmaları nəticəsində terror aktını PKK terror təşkilatının Suriya qolu olan YPG qruplaşmasının törətdiyi məlum olub. Təkzibolunmaz faktlar ortaya çıxarılsa da, qruplaşma məsuliyyəti öz üzərinə götürməkdən imtina edib.