Bakının Səbail rayonunda dördmərtəbəli yaşayış binasının ikinci mərtəbəsində ümumi sahəsi 272 m² olan mənzilin yanar konstruksiyaları 23 m² sahədə yanıb. 

Fövqəladə Hallar Nazirliyindən Unikal.org-a verilən məlumata görə, mənzilin qalan hissəsi yanğından mühafizə olunub. 

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.