Bakının Nərimanov rayonunda yerləşən restoranda yanğın başlayıb.

Unikal.org xəbər verir ki, hadisə "50 qəpik" restoranında qeydə alınıb.

Fövqəladə Hallar Nazirliyindən (FHN)  bildirilib ki, nazirliyin "112" qaynar telefon xəttinə Bakı şəhəri, Nərimanov rayonu, Əliyar Əliyev küçəsində restoranda yanğın olması barədə məlumat daxil olub.

Bildirilib ki, nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri yanğının baş verdiyi ünvana cəlb olunub. Hazırda yanğınsöndürmə işləri davam etdirilir.

Əlavə məlumat veriləcək.